RU

Bir stəkan çaxır içib yasa yola düşdü, piyadanı vurub öldürdü

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Zərdab-Ağcabədi yolunda baş verən ölümcül yol qəzası ilə bağlı cinayət işinə baxaraq qərar qəbul edib.

Məhkəmə 1984-cü il təvəllüdlü sürücü Məhəmməd Hüseynovu (ad və soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (sərxoş halda yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan adam ölümünə səbəb olma) ilə təqsirli bilib və onu 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

BAKU.WS xəbər verir ki, qəza 2025-ci il yanvarın Zərdab-Ağcabədi yolunun Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində, 15-ci kilometrində baş verib.

Hüseynov özünə məxsus "Hyundai Accent" markalı avtomobili sərxoş halda (qanda 0,5% etil spirti aşkarlanıb) idarə edərkən yol hərəkəti qaydalarını pozub. Hava və yol şəraitini nəzərə almayıb, sürəti azaldıb qəzanı qarşısını ala biləcəyi halda ehtiyatsızlıq göstərib.

O, yolun sağ ehtiyyat hissəsində dayanan "Mercedes Benz E220 CDI" markalı (dövlət nişanı -CV-) avtomobilin qapısını açıb düşən piyada Rafiq Məmmədovu vurub. Zərbə nəticəsində Məmmədov baş beyin qansızması, sümük sınıqları və digər ağır xəsarətlər alaraq yerindəcə həlak olub.

Məhkəmə istintaqı zamanı Hüseynov özünü tam təqsirli bilib və bildirib ki, qan azlığından (anemiya) əziyyət çəkdiyi üçün həkim məsləhəti ilə yarım stəkan çaxır içib, Ağcabədi rayonunun Hüsülü kəndində 40 mərasiminə gedirmiş. O, qəzanın qəfil qapı açılması səbəbindən baş verdiyini, lakin peşman olduğunu qeyd edib.

Hüseynov II qrup əlil olduğunu, ailəsinə yeganə qazanc gətirən olduğunu vurğulayıb. Zərərçəkmişin hüquqi varisi (oğlu) məhkəmədə barışıq əldə etdiyini, şikayətinin olmadığını bildirib.

Ekspertiza rəyləri qəzada alkoqolun rolunu təsdiqləyib: Hüseynovun qanında 0,5% etil spirti aşkarlanıb, narkotik yoxdur. Tibbi ekspertiza Məmmədovun ölümünü ağır küt travma ilə əlaqələndirib. Avto-texniki ekspertiza Hüseynovun yol qaydalarını (sürət və diqqət) pozduğunu, qəzanı qarşısını ala biləcəyini müəyyən edib. Psixiatrik ekspertiza Hüseynovun sağlam olduğunu, əməlini dərk etdiyini təsdiqləyib.

Məhkəmə hökmündə Hüseynovun peşmançılığı, barışıq, ailə vəziyyəti və əlilliyi yüngülləşdirən hallar kimi qiymətləndirilib. Ağırlaşdıran hal aşkar edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
1
baku.ws

2Источники