RU

Azərbaycanda dəhşətli əməl 22 yaşlı qadın oğurlandı

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Zərdab rayonunda 22 yaşlı qadın oğurlanıb.

BAKU.WS Oxu.Az-av istinadən xəbər verir ki, hadisə sentyabrın 9-da rayonun kəndlərindən birində baş verib.

2003-cü il təvəllüdlü qadın evlənmək məqsədilə iradəsinə zidd olaraq oğurlanıb.

Hadisədən dərhal sonra polis əməkdaşları əməliyyat tədbirləri keçiriblər və cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi üzrə cinayət işi başlanılıb. İ.Rəhmanoğlu cinayət məsuliyyətinə cəlb olunub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurlanan qadının yeri müəyyən edilərək valideynlərinə təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
2
baku.ws

10Источники