RU

Qərb Saakaşvilinin cinayətlərinə göz yumurdu – Papuaşvili

Qərb Saakaşvilinin cinayətlərinə göz yumurdu.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili X sosial şəbəkəsində yazıb.

O, keçmiş prezident Mixeil Saakaşvili dövründə baş verən qanunsuzluqlara Qərbin göz yumduğunu bəyan edib.

Onun sözlərinə görə, Saakaşvili hakimiyyəti “işgəncə, korrupsiya, biznesdə reket və medianın ələ keçirilməsi” kimi üsullarla saxlayıb.

“Bunların hamısı bəzi Qərb tərəfdaşlarımızın gözü qarşısında baş verirdi, lakin onlar rejimin cinayətlərinə göz yummağı seçdilər”, – Papuaşvili bildirib.

O əlavə edib ki, bu gün həmin qüvvələrin Saakaşvilini qanuni həbsdən xilas etməyə çalışır. Bu da Qərbin insan haqları və qanunun aliliyi barədə danışarkən bunları yalnız siyasi təzyiq üçün bəhanə kimi istifadə etdiyini göstərir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
13
interpress.az

1Источники