RU

Lionel Messi karyerasında daha bir ilkə imza atdı

Futbol üzrə Argentina milli komandasının və ABŞ klubu “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi karyerasında bir ilki yaşayıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu ilk dəfə dünya çempionatının seçmə mərhələsinin bombardiri olub.

O, DÇ-2026-nın seçmə mərhələsində 12 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə verib. Bununla da Messi Cənubi Amerika üzrə seçmə mərhələdə ən yaxşı nəticəni göstərib.

İkinci yeri 17 oyunda 7 qol vurmuş Kolumbiya millisinin 28 yaşlı hücumçusu Luis Dias tutub. O, həmçinin 3 məhsuldar ötürmə edib. Boliviya millisinin 21 yaşlı hücumçusu Migel Terseros da 7 qol vurub (12 matçda), lakin heç bir məhsuldar ötürmə verməyib.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 34 oyuna 27 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 73 oyun, 61 qol və 29 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 194 oyun keçirib, 114 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

error: Məzmun qorunur!
Избранный
2
3
arena.az

10Источники