NATO müttəfiqləri Polşanın müraciəti əsasında Vaşinqton Müqaviləsinin 4-cü maddəsi çərçivəsində Rusiya pilotsuz uçuş aparatlarının (BPA) Polşa hava məkanını pozması faktını müzakirə ediblər.
Editor.az xəbər verir ki, bu barədə NATO-nun Baş Katibi Mark Rutte Şimali Atlantika Şurasının iclasından sonra açıqlama verib.
O bildirib ki, Polşa hava məkanında Rusiya dronlarının vurulmasında Polşa, İtaliya, Almaniya və Niderlandın avadanlıqlarından istifadə olunub.
“Əlaqədar müttəfiqlər Polşaya həmrəyliklərini ifadə edib və Rusiyanın məsuliyyətsiz davranışını qınayıblar”, – deyə Baş Katib əlavə edib.
//Samir Qurbanov, Editor.az