RU

Fransada kütləvi etirazlar: yollar bağlandı, toqquşmalar başladı

Fransada hökumətin iqtisadi siyasətinə etiraz edən minlərlə insan küçələrə çıxıb.

Musavat.com xəbər verir ki, etirazçılar arasında Fələstin bayraqları daşıyan qruplar yolları bağlayıb, avtomobilləri aşıraraq yandırıblar. Parisdə polis ilə nümayişçilər arasında toqquşmalar qeydə alınıb. Artıq 250 nəfər saxlanılıb.

Paytaxtda yerləşən Lion vağzalı da etirazçılar tərəfindən blokadaya alınıb. Təkcə Parisdə 200-dən çox aksiya iştirakçısının saxlanıldığı bildirilir.

Fransa Daxili İşlər Nazirliyinin proqnozuna görə, ölkə üzrə bu cür aksiyalarda 100 minədək insanın iştirak etməsi mümkündür.

Musavat.com

Избранный
54
musavat.com

1Источники