RU

Banklar depozit faizlərini azaltdı

Azərbaycanda bir sıra banklar depozit faizlərini azaldıb.

Paralel.az -ın milli.az-a istinadən məlumatına görə, azalma 0,5-1 faiz aralığındadır. 

Avqust ayında banklara illik 12 faizlə depozit yerləşdirmək mümkün idisə, bu ay artıq bir çox banklarda depozit faizləri 11,5 faizlə məhdudlaşır.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ayadək olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilib. Həmçinin fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilib.

Избранный
5
4
paralel.az

5Источники