
NATO-nun baş katibi Mark Rutte Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozmasından sonra sərt mesaj verib. “Biz hazırıq, ayıq-sayıqıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, - deyən Rutte Putini Ukraynadakı müharibəni dayandırmağa çağırıb. NATO Polşanın 4-cü maddəyə istinad etməsindən sonra toplandı və müttəfiqlər Rusiyanın “ehtiyatsız” davranışını pislədilər.
NATO-nun baş katibi Mark Rutte Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozmasından sonra Brüsseldə keçirdiyi mətbuat konfransında mühüm açıqlamalar verib.
Polşanın NATO-nun təsis müqaviləsinin 4-cü maddəsinə əsasən müraciətindən sonra toplanan NATO-nun Şimali Atlantika Şurası insidenti qiymətləndirib. Rutte bəyan edib ki, müttəfiqlər Polşa ilə həmrəydir və Rusiyanın “ehtiyatsız” davranışını pisləyir.
“Hazırıq, ayıq-sayıqıq”
Rutte Rusiya prezidenti Vladimir Putinə sərt mesaj verib:
"Mənim Putinə mesajım aydındır. Ukraynada müharibəni dayandırın. Müttəfiqlərin hava məkanını pozmağı dayandırın. Və bilin ki, biz hazırıq, tətikdəyik və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik".