RU

Gəncədə “Forte Kids” uşaq geyimləri mağazası mütşrəsini görün necə aldadıb - FOTO

Son günlər mağazalarda qiymətlərin təqdimat forması ilə bağlı narazılıqlar artır.
Avtosfer.az xəbər verir ki, alıcıların dediyinə görə, bəzi ticarət obyektləri endirim adı altında insanları çaşdırır. Müştəri malı seçərkən bir qiymət görür, amma kassaya yaxınlaşanda tamamilə başqa rəqəmlə üzləşir. Bu hal isə vətəndaşlarda sual doğurur: endirimlər realdırmı, yoxsa sadəcə reklam bicliyi?
Gəncədə fəaliyyət göstərən məşhur uşaq geyim “Forte kids” mağazasının filialında da buna bənzər hadisə yaşanıb. Müştəri rəfdə üzərinə xətt çəkilərək endirimli qiymət yazılan məhsulu alıb, amma kassada əvvəlki, daha yüksək qiymətlə ödəniş edildiyini görüb. Hadisə alıcının etirazına səbəb olub. Alıcı sosial şəbəkədə bildirib ki, mağazada şalvarın üzərində 24.90 qiyməti xəttlə silinib və üstünə 12.90 yazılıb. O, məhsulu məhz bu qiymətlə aldığını düşünərək səbətinə qoyub. Lakin evə qayıdanda çekə baxıb və görüb ki, mal 24.90 AZN-ə vurulub.
Bu isə sadəcə bir istehlakçının başına gələn hadisə deyil, belə nümunələrin artdığına dair sosial şəbəkələrdə də müzakirələr aparılır.
Fidan

Избранный
7
1
avtosfer.az

2Источники