RU

Azərbaycan millisinin baş məşqçisi: "Ölkəmizi III MDB Oyunlarında layiqincə təmsil edəcəyik"

Azərbaycan bədii gimnastları ölkəmizi III MDB Oyunlarında layiqincə təmsil edəcəklər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə yarışın rəsmi saytına açıqlamasında milli komandanın məşqçisi Nəzrin Cəfərzadə məlumat verib.

Onun sözlərinə görə, yığma üzvləri turnirə ciddi şəkildə hazırlaşıblar:

“Qızlarımız hər gün intensiv məşqlər edirlər. Hazırda komanda həm fiziki, həm də psixoloji baxımdan yaxşı formadadır. Heyət ilin əvvəlindən bu günədək keçirilən həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə idmançıların göstərdikləri nəticələr əsasında müəyyənləşdirilib”.

Mütəxəssis bildirib ki, yığmanın əsas hədəfi xalçada uğurlu və estetik çıxışlar göstərməkdir:

“Bizim üçün ən vacib məsələ idmançılarımızın məşqlərdə qazandıqları bacarıqları yarışda da nümayiş etdirməsidir. Təbii ki, hər bir idmançı nəticə üçün mübarizə aparır və biz də medal qazanmaq istəyirik. Amma əsas məqsəd gözəl çıxışlardır, nəticələr isə bunun ardınca gələcək”.

N.Cəfərzadə III MDB Oyunlarında rəqabətin yüksək olacağını da diqqətə çatdırıb:

“Komandalar ciddi hazırlıqla gəlirlər və hər biri medal uğrunda mübarizə aparacaq. Bu, bizim üçün həm çətinlik, həm də böyük stimuldur. Komandamız yüksək motivasiya ilə yarışa hazırlaşır. Ümid edirik ki, ölkəmizi layiqincə təmsil edəcəyik”.

Qeyd edək ki, Azərbaycan 28 sentyabr – 8 oktyabr tarixlərində III MDB Oyunlarına ev sahibliyi edəcək. 7 şəhərdə təşkil olunacaq yarışlarda iştirakçılar 23 idman növündə mübarizə aparacaqlar. Bədii gimnastika yarışları isə Şəkidə keçiriləcək.

Избранный
8
4
90deqiqe.az

9Источники