RU

Paşinyan Putinlə danışdığı məsələləriAÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 8-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı və son görüşü zamanı Bakı ilə əldə olunmuş Vaşinqton razılaşmalarını müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə erməni baş nazir parlamentdə hökumət saatında bildirib.

Bu razılaşmalar İran prezidentinin avqustda İrəvana səfəri zamanı da müzakirə olunub.

Paşinyanın sözlərinə görə, o, Rusiya və İran liderləri ilə iki ölkə ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edib. O əlavə edib ki, müəyyən narahatlıq var, lakin bu narahatlıq Vaşinqtonda danışıqlardan əvvəl də var idi. Amma diplomatiya məhz ona görə mövcuddur ki, tərəflər öz narahatlıqlarını bir-biri ilə bölüşsünlər və onları aradan qaldırmaq üçün tədbirlər görsünlər.

Избранный
8
5
redaktor.az

7Источники