RU

Tovuzda yol qəzası - İki avtomobil körpüdən aşdı - FOTO

TOVUZ, 10 sentyabr. TELEQRAF

Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

"Prius" marakl maşın "Opel" markalı avtomobillə toqquşub.

Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Xəsarət alanlar taksi fəaliyyəti göstəriblər.

Faktla bağlı araşdırma başlanılıb

Избранный
33
8
teleqraf.com

10Источники