RU

Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib » AzadMedia.az


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Xəbərdarlığa əsasən, sentyabrın 11-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın 14-ü gündüz saatlarına qədər davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 3-5 metrə çatacağı proqnozlaşdırılır.
Избранный
67
41
azadmedia.az

10Источники