RU

Eriksen Bundesliqa klubuna keçməyə yaxındır

style='margin-bottom:10px;'>

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Kristian Eriksen “Volfsburq”a transfer olmağa yaxındır.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb. 

Azad agent statusunda olan danimarkalı futbolçunun Bundesliqa təmsilçisinə keçidi yaxın günlərdə baş tuta bilər. Tərəflər hazırda son detalları müzakirə edirlər.

Qeyd edək ki, Eriksen 2022-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, komandanın heyətində 107 oyuna çıxıb, 8 qol vurub və 19 məhsuldar ötürmə edib. Futbolçu Mançester təmsilçisi İngiltərə kuboku və Liqa kubokunu qazanıb.

Избранный
13
1
teleqraf.com

2Источники