BAKI, 10 sentyabr. TELEQRAF
Polşa Xarici İşlər Nazirliyi ölkənin hava məkanının pozulması faktına görə Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaşı nazirliyə dəvət edib.
Teleqraf xəbər verir ki, bunu Polşa XİN-in sözçüsü Pavel Vronski açıqlayıb.
Görüşdən sonra rus diplomat jurnalistlərə açıqlamasında qeyd edib ki, Polşa Rusiya ilə gərginliyin artmasında maraqlı deyil.