RU

Gürcüstanda sorğu: Respondentlərin 66%-i “Gürcü Arzusu”nu dəstəklədi

TBİLİSİ, 10 sentyabr. TELEQRAF

Gürcüstanın “İmedi” telekanalının sifarişi əsasında “Gorbi” şirkətinin ölkədə yerli seçkilər öncəsi keçirdiyi rəy sorğusunun nəticələri açıqlanıb.​

Teleqraf-ın yerli bürosu xəbər verir ki, respondentlərin 65,9%- seçkilərdə hakim “Gürcü Arzusu” partiyasını dəstəkləyəcəyini bildirib.

Rəyi soruşulanların 10,7%-i “Gürcüstan naminə Qaxariya”, 10,4%-i “Lelo”, 5,1%-i “Girçi”, 4,2%i isə “Vətənpərvərlər alyansı” partiyasına səs verəcəklərini söyləyiblər.

“Gorbi” şirkətinin bu ilin iyun ayında apardığı sorğunun nəticələri ilə müqayisədə “Gürcü Arzusu”nun reytinqi yüksəlib. Öncəki sorğuda hakim partiyanı dəstəkləyənlərin göstəricisi 56,2% təşkil edib.

Sorğuda iştirak edənlərin 77,6%-i Tbilisi meri vəzifəsinə “Gürcü Arzusu”nun namizədi Kaxa Kaladzeyə dəstək ifadə edib.

Qeyd edək ki, sorğu üzbəüz müsahibə üsulu ilə avqustun 11-dən 20-dək aparılıb. Ümumilikdə 2 300 nəfərin rəyi soruşulub.

Xatırladaq ki, Gürcüstanda yerli seçkilər oktyabrın 4-də keçiriləcək.

Избранный
3
teleqraf.com

1Источники