RU

Haaland "Araz-Naxçıvan"ın qapıçısına nə deyib?

style='margin-bottom:10px;'>

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Norveçə 1:11 hesabı ilə uduzan Moldova millisinin və "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram maraqlı açıqlama verib.

QOL.az "TV2" nəşrinə istinadən xəbər verir ki, futbolçu matçdan sonra qapısına 5 qol vuran hücumçu Erlinq Haalandla söhbət etdiyini bildirib:

"Salam, mən Moldova millisinin qapıçısıyam və 11 qol buraxdım. Erlinqlə dialoqum oldu. O dedi: “Mən günahkar deyiləm” və qeyd etdi ki, top fərqini yaxşılaşdırmaq üçün qol vurmağa davam etməliydi. Onu başa düşürəm. Bu, oyunun bir hissəsidir. O, sona qədər mübarizə aparmaq istəyirdi.

Haçansa 11 qol buraxmışdım? Bu, zarafatdır? Əlbəttə ki, ilk dəfədir (gülür). Özümü necə hiss edirəm? Mənə baxın, daha nə deyim? Ölməyəcəyəm. Güclü qalmaq lazımdır. Bir neçə gündən sonra yeni oyunum var. Amma 11 qol – bu, həqiqətən çoxdur".

Избранный
3
2
teleqraf.com

3Источники