"Real Madrid" bu il də "Qızıl top"un mükafatlandırma mərasiminə qatılmayacaq.
Fanat.Az xəbər verir ki, “Kral klubu” ardıcıl ikinci dəfə futbol dünyasının ən nüfuzlu tədbirlərindən birində iştirak etməməyi seçib.
Fransanın "L’Equipe" nəşrinin məlumatına görə, “Real Madrid”lə "France Football" arasında gərginlik hələ də davam edir. Bu gərginlik səbəbindən La Liqa nəhəngi bu il də mükafatlandırma gecəsində təmsil olunmayacaq.
Xatırladaq ki, ötən mövsüm Vinisius Junior əvəzinə Rodrinin “Qızıl top”u qazanması qərarı Madriddə ciddi narazılıq doğurmuşdu. Klub rəhbərliyi bu səbəbdən keçən ilki mərasimə qatılmamışdı.
Kamil Xudiyev