Demokrat.az xəbər verir ki, bu sözləri milli komandanın kapitanı Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
33 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə istefaya göndərilən portuqaliyalı baş məşqçi Fernandu Santuş barədə çox danışmaq istəməyib: “Gedən məçqçilərə heç vaxt hörmətsizlik etmək istəmirəm. Santuş da çalışdı, nəsə etmək istədi, amma alınmadı”.
Mahmudov yığmada yerli mütəxəssisin işləməsinin onlar üçün daha asan olduğunu qeyd edib: “Rəhbərlik hansı qərarı versə, hörmətlə yanaşacağıq. Əsas odur, milliyə xeyir versin".
Kapitan milli komandanı Ukrayna yığması ilə oyuna hazırlaşdıran məşqçi Ayxan Abbasovdan da danışıb: "Əlbəttə, Ayxan müəllimlə bir gün də olsa, işləmək bizə rahat oldu. Bizi inandırdı ki, minimum nəticə əldə edə bilərik. Mən qərar verən adam deyiləm. Amma Ayxan Abbasov qalsa, sevinərəm. Başqa məşqçi gəlsə, bilmirəm necə olacaq”.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan-Ukrayna matçı 1:1 hesablı heç-heçə ilə bitib.
7Источники
-
metbuat.azSantuş vidalaşarkən futbolçulara bu sözləri deyibmiş ( 21215203)
-
demokrat.azSantuş vidalaşarkən son sözləri bu oldu — Millinin kapitanı açıqladı ( 21215185)
-
metbuat.azSantuş vidalaşarkən futbolçulara bu sözləri deyibmiş ( 21215194)
-
bizim.mediaSantuş vidalaşarkən son sözləri bu oldu - Millinin kapitanı açıqladı ( 21214384)
-
moderator.azSantuş vidalaşarkən son sözləri bu oldu Millinin kapitanı açıqladı ( 21191311)
-
moderator.azSantuş vidalaşarkən son sözləri bu oldu - Millinin kapitanı açıqladı ( 21191194)
-
teleqraf.comSantuş gedərkən son sözləri bu oldu - Kapitan açıqladı ( 21189652)