RU

Yerdən 40 işıq ili uzaqlıqda yaşayış üçün potensial planet tapıldı

Britaniya astronomları Yerdən 40 işıq ili uzaqlıqda TRAPPIST-1 sistemində həyat üçün əlverişli şəraitə malik ola biləcək planet aşkar ediblər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "The Astrophysical Journal Letters" (TAJL) jurnalında dərc olunub.

Söhbət öz ulduzunun yaşayış zonasının mərkəzində yerləşən TRAPPIST-1e planetindən - suyun maye şəklində mövcud ola biləcəyi ərazidən gedir.

TRAPPIST-1 ən azı yeddi planeti olan bir ulduzdur. Alimlər atmosferin varlığını və tərkibini müəyyən etmək üçün planetlərin ulduzun qarşısından keçməsini qeydə alıblar. Planet öz ulduzunun qarşısından keçəndə işığın bir hissəsi onun atmosferi tərəfindən udulur və spektrdəki xarakterik detallarla qaz qabığının kimyəvi tərkibini müəyyən etməyə cəhd etmək olar.

Məlumatların təhlili göstərdi ki, ekzoplanetdə Yerə bənzər azotla zəngin atmosfer ola bilər.

"Bu, çox ümidvericidir və həyat üçün potensial şəraitin mövcudluğuna işarə edir. Əgər yaşayış zonasının mərkəzindəki bir planetin atmosferi varsa, bunun astrobiologiya üçün böyük təsiri olacaq", deyə St Andrevs Universitetindən Rayan MakDonald bildirib.

Azotla zəngin atmosfer fərziyyəsi təsdiqlənərsə, o, növbəti addımın metan və karbon dioksid kimi qazları axtarmaq, eləcə də səth temperaturlarını və maye suyun mümkünlüyünü qiymətləndirmək üçün planetin iqlimini modelləşdirmək olacağını bildirib.

London İmperial Kollecindən alim Metyu Qenq əlavə edib: "Əgər TRAPPIST-1e yaşayış üçün yararlıdırsa, onda son 7,6 milyard il ərzində onun üzərində nə baş verdiyini təsəvvür etmək olar. Planet nə qədər yaşlı olarsa, onda ağıllı həyatın inkişafı ehtimalı bir o qədər yüksəkdir".

Samir

Избранный
7
12
hit.az

10Источники