RU

Bu ölkədə uşağı siqaret çəkən valideynlərə cərimə yazılacaq

İspaniya hökuməti siqaret istifadəsini məhdudlaşdıran yeni qanun layihəsini parlamentə təqdim edib.

News24.az xəbər verir ki, layihəyə görə, 18 yaşdan kiçik övladlarının siqaret çəkməsinə imkan verən valideynlər 100 avroya (təxminən 200 manat) qədər cərimələnəcəklər. Yeni qaydalarla açıq 

havada siqaret çəkmək və elektron siqaret istifadəsinə də məhdudiyyətlər qoyulacaq.

Səhiyyə naziri Monika Qarsiya bildirib ki, bu qanun İspaniyanı tütünlə mübarizədə yenidən ön sıralara çıxaracaq. Onun sözlərinə görə, hər il ölkədə 50 min insan tütün səbəbindən həyatını itirir.

Hazırda İspaniyada 18 yaşdan kiçiklərə siqaret satışı qadağandır, lakin onların istifadəsini tənzimləyən qayda yox idi. Yeni layihə bu boşluğu aradan qaldıracaq.

Ölkədə siqaret satışları son 20 ildə 53 faiz azalsa da, hökumət əlavə məhdudiyyətlərlə tütün istehlakını daha da azaltmağı hədəfləyir.

Избранный
101
news24.az

1Источники