RU

Yevlaxda toydan qayıdanlar ağır qəzaya düşdülər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hürüuşağı kəndində qeydə alınıb.
Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1985-ci il təvəllüdlü İ.Süleymanov, 1978-ci il təvəllüdlü X.Ələkbərov, 1981-ci il təvəllüdlü N.Həsənov və 1976-cı il təvəllüdlü S.Səfərov xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma başlanılıb.
Избранный
57
oxu.az

1Источники