RU

Rüfət Xorvatiyada ilk qolunu bu komandaya vurdu

Xorvatiya kubokunda 2-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin komandası “Varajdin” səfərdə 2-ci liqa təmsilçisi “Qay Mace” ilə qarşılaşıb.

Matç “Varajdin”in 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət start heyətdə oyuna çıxıb və 12-ci dəqiqədə görüşdə ilk qolu vurub. Abdullazadə 66-cı dəqiqədə əvəzlənib.

Bu, yay fasiləsində “Səbail”dən “Varajdin”ə keçən Rüfətin Xorvatiya klubunda ilk qolu olub.

Избранный
24
sportinfo.az

1Источники