RU

NYT: Rusiyanın hücumları həm Ukraynaya, həm də Qərbə mesajdır

Sentyabrın 10-na keçən gecə Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri ən irimiqyaslı hava hücumunu həyata keçirib.

Ukrayna rəsmilərinin məlumatına görə, hücum zamanı çoxsaylı dronlardan istifadə olunub, onların bir hissəsi isə NATO üzvü olan Polşanın hava məkanına daxil olub.

The New York Times yazır ki, bu hücumlar Moskvanın təcavüzünün yeni mərhələyə keçdiyini göstərir. Qeyd olunur ki, artıq üç ildən çoxdur davam edən müharibə fonunda Rusiya həm də genişmiqyaslı informasiya kampaniyası aparır.

Nəşrin fikrincə, son hücumlar ötən həftə Rusiya prezidenti Vladimir Putinin verdiyi açıqlamalarla səsləşir və yalnız Ukraynaya deyil, həm də Kiyevin Qərbdəki müttəfiqlərinə ünvanlanmış mesaj xarakteri daşıyır.

//Samir Qurbanov, Editor.az

Избранный
39
editor.az

1Источники