RU

İlk dəfə: Bakı Paşinyana “yox” demədi

Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsinin ötən həftə Çin və Yaponiya səfərlərinə gediş-gəlişdə ilk dəfə Azərbaycanın hava məkanından istifadə etməsi hələ də yerli KİV-in gündəmindədir.

"Bakuinfo" xəbər verir ki, “Hraparak” qəzeti məsələ ilə bağlı geniş məqalə dərc edib.

Nəşr xatırladıb ki, Paşinyanın olduğu hökumət təyyarəsi Azərbaycan hava məkanından keçib:

“Paşinyan ölkəyə döndükdən sonra onun sözçüsü Nazeli Baqdasaryan bildirdi ki, Ermənistanın baş nazirinin təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanından xarici səfərə çıxıb və eyni xətlə qayıdıb. Onun sözlərinə görə, iki ölkə arasında sülhün bərqərar olmasından sonra bu, normal haldır. Ermənistan baş nazirin təyyarəsi üçün Azərbaycandan hava keçidi istəyib və müsbət cavab alıb.

Baqdasaryan qeyd edib ki, Azərbaycan təyyarələri də uzun müddətdir Ermənistan üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında uçuşlar həyata keçirir”.

“Hraparak” Nikol Paşinyana verilən icazəni “Azərbaycanın Ermənistan baş nazirinə jesti” adlandırıb.

Paşinyanın keçmiş aviasiya müşaviri Akop Çaqaryan qəzetə deyib ki, beynəlxalq qaydalar tərəflərə eniş və uçuş üçün bir-birinin ərazilərindən istifadə etməyə icazə verir: “Orada heç bir məhdudiyyət yoxdur. Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olan bütün dövlətlər bir-birlərinin hava məkanından müəyyən qaydalara riayət etməklə sərbəst şəkildə istifadə edə bilərlər”.

Избранный
16
1
bakuinfo.net

2Источники