RU

Çarli Kirk ABŞ-ın xarici siyasətini sərt tənqid edirdi

Musavat.com xəbər verir ki, Yuta ştatında snayper hücumuna məruz qalan amerikalı sağçı fəal Çarli Kirk uzun müddətdir Vaşinqtonun xarici siyasət kursunu tənqid edən çıxışları ilə tanınırdı.

O, dəfələrlə ABŞ-ın keçmiş prezidenti Co Baydenin Ukraynaya yardımlarına qarşı çıxıb və bunun üçüncü dünya müharibəsi riskini artırdığını deyib. Kirk-in sözlərinə görə, ABŞ-ın Kiyevə uzaqmənzilli raketlərdən Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsi “təxribatçı addım” idi.

Fəal Ukrayna lideri Vladimir Zelenskini “qanunsuz prezident” adlandıraraq ABŞ-ın Kiyevə silah və milyardlarla dollar yardım etməsinin mənasız olduğunu vurğulayıb: “Bu, xəritədə yeri belə çətin tapılan bir ölkədir”.

Kirk iddia edirdi ki, Ukraynanın şərq bölgələri tarixi baxımdan Rusiyaya məxsusdur, həmçinin ölkə ərazisində ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar fəaliyyət göstərir.

O, ABŞ-ı diplomatik kanalları bərpa etməyə çağırır və Rusiyanı düşmən kimi qəbul etməyin strateji səhv olduğunu bildirirdi.

Beləliklə, Kirkin çıxışları onu həm ABŞ siyasətində, həm də beynəlxalq münasibətlərdə mübahisəli fiqurlardan birinə çevirmişdi. 

 

Musavat.com

Избранный
33
14
musavat.com

10Источники