Amerikalı siyasətçi və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.Bu barədə xarici KİV xəbər verir.
Bildirilir ki, o, boyun nahiyəsindən güllə yarası alıb.Onun sağ qalıb-qalmadığına dair rəsmi açıqlama yoxdur.
Hadisədən dərhal sonra ABŞ lideri Donald Tramp amerikalıları Kirkin sağlamlığı üçün dua etməyə çağırıb.
Məlumata görə, mühafizəkar fəal Çarli Kirkə qarşı sui-qəsd edən şəxs Yuta Demokratik Partiyasının üzvü Maykl Mallinsondur. O, hadisə yerində saxlanılıb.