RU

Sabirabadda birmərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Sabirabad şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4otaqlı evin qamışdan ibarət tavanı 120 m² sahədə yanıb və damörtüyünün taxta atmaları 30 m² sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi vəyaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
26
az.trend.az

1Источники