Yuta Universitetində çıxışı zamanı güllələnən siyasi fəal və “Turning Point USA” (TPUSA) təşkilatının icraçı direktoru Çarli Kirk ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında bildirib.
“Böyük və hətta əfsanəvi Çarli Kirk öldü. Amerika Birləşmiş Ştatlarının gənclərini Çarli kimi heç kim başa düşmədi. O, hamı tərəfindən sevildi və hörmət edildi. İndi o, artıq aramızda deyil. Mən və Melaniya onun həyat yoldaşı Erika və ailəsinə başsağlığı veririk. Çarli, biz səni sevirik”, – deyə ABŞ lideri bildirib.
ABŞ-nin Yuta ştatında sui-qəsdə uğrayan mühafizəkar siyasətçi Çarli Kirkin öldüyü xəbəri təkzib edilib.
“Associated Press” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, siyasətçi aldığı yaralardan sonra ağır vəziyyətdədir.
Öz növbəsində jurnalist Qlenn Bek “X” sosial şəbəkə hesabında Kirkin vəziyyətinin sabitləşdiyini bildirib.
Amerikalı mühafizəkar siyasətçi Çarli Kirk aldığı güllə yarası nəticəsində Yuta ştatının xəstəxanasında dünyasını dəyişib.
Oxu.Az-ın “Fox News”a istinadən verdiyi xəbərə görə, siyasətçi Yuta Velli Universitetində keçirilən tədbir zamanı güllələnib.
Qeyd olunur ki, həkimlər dərhal hadisə yerinə gəlsələr də, Kirki xilas edə bilməyiblər.
ABŞ Prezidenti Donald Trampın tərəfdarı olan Kirkə snayperin 180 metr məsafədən atəş açdığı bildirilir.