RU

FTB şübhəlinin saxlanıldığını açıqladı, Yuta rəsmiləri isə təkzib etdi – Çarli Kirk sui-qəsdində qarışıqlıq

Musavat.com xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kəş Patel bu gün sosial şəbəkə X-də paylaşım edərək respublikaçı siyasətçi və prezident Trampın tərəfdarı Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.

Patel əlavə detalları bölüşməsə də, yerli hakimiyyət orqanlarına və Yuta ştatı rəhbərliyinə təşəkkür edib. 

c767f47d-49f2-473c-8cad-e27996950b73.jpeg

Lakin dərhal sonra Yuta ştatının rəhbərliyi təcili mətbuat konfransı keçirərək bu məlumatı təkzib edib. Rəsmilər bildiriblər ki, şübhəli hələ saxlanılmayıb.

Yuta Dövlət Təhlükəsizlik Departamentinin komissarı Bo Meyson CNN-ə açıqlamasında deyib ki, hazırda yalnız müşahidə kameralarından götürülmüş görüntülər əsasında araşdırma aparılır:

• Şübhəlinin qara geyimdə olduğu ehtimal edilir;
• O, böyük ehtimalla binanın damından atəş açıb;
• Cəmi bir güllə atılıb;
• Hücumu təkbaşına həyata keçirdiyi güman olunur.

Meyson həmçinin bildirib ki, hadisədən dərhal sonra saxlanılan bir kişi dindirildikdən sonra sərbəst buraxılıb. Polis onun hücumla əlaqəsi olmadığını müəyyən edib.

Beləliklə, Çarli Kirk sui-qəsdi ilə bağlı istintaq hələ də davam edir və real şübhəlinin kimliyi barədə dəqiq məlumat yoxdur.

 

Musavat.com

Избранный
17
musavat.com

1Источники