RU

Sürücülərin nəqliyyatda ən aqressiv olduğu gün BƏLLİ OLDU

Ekspertlər hesab edirlər ki, həftənin ən sevilən günü olan cümə sürücülərin nəqliyyatda ən aqressiv və əsəbi davrandığı gündür.

News24.az xəbər verir ki, bunun əsas üç səbəbi var. Əvvəla, həftə boyunca yığılan yorğunluq, artan nəqliyyat sıxlığı və "tezliklə hədəfə çatmaq" düşüncəsi.

Həftənin bu günü yollar daha çox qarışır, sürücülərin səbr səviyyəsi azalır və kiçik səhvlər belə böyük əsəbə səbəb olur.

Yolda əsəbləşməyə ən çox səbəb olan hallar orta xətdi boş buraxmamaq, yavaş getmək və ani istiqamət dəyişdirmələrdir.

Ekspertlər sürücülərə cümə günü üçün bəzi tövsiyələr verir: Planlı olmaq, digər avtomobillərlə təhlükəsiz məsafə saxlamaq və sakit qalmağa çalışmaq.

Belə tədbirlər, sürücülərin əsəbini azaltmaq və yolları daha təhlükəsiz etmək üçün vacibdir.

Избранный
45
1
news24.az

2Источники