RU

Honkonqlu iş adamı şərab kolleksiyasını milyonlarla dollara satıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Daşınmaz əmlak, zərgərlik, əyləncə və maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən "İmperator" qrupunun rəhbəri, honkonqlu maqnat Albert Yun "Sotheby's" hərrac evində şərab kolleksiyasını 17.7 milyon Honkonq dollarına (təxminən 2.3 milyon ABŞ dolları - red.) satıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, satış qiyməti hərrac evinin proqnozunu demək olar ki, 77% üstələyib. Belə ki, "Sotheby's" kolleksiyanı təxminən 1.3 milyon ABŞ dollarına qiymətləndirib.
Qeyd edək ki, "Forbes" sonuncu dəfə Yunun sərvətini 2019-cu ildə 1.3 milyard dollar səviyyəsində açıqlayıb.
Избранный
83
oxu.az

1Источники