RU

ABŞ-da Trampın tərəfdarı olan siyasi fəal Çarli Kirk güllələndi

Amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.

Heftelik.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hücumda şübhəli bilinən şəxs saxlanılıb, polis hadisə ilə bağlı araşdırma aparır.

Çarli Kirk ağır  vəziyyətdə xəstəxanaya aparılıb və həkimlərin səyinə baxmayaraq həyatını itirib.

Donald Trampın da tərəfdarı Çarli Kirkin sui-qəsd nəticəsində öldüyü barədə paylaşım edib: “Böyük və hətta əfsanəvi Çarli Kirk vəfat edib”.

ABŞ Prezidenti 31 yaşlı mühafizəkar siyasi fəalın ölümü ilə əlaqədar ölkədə bayraqların yarıya qədər endirilməsini əmr edib.

Bayraqlar sentyabrın 13-ü yerli vaxtla saat 18:00-a kimi endirilmiş vəziyyətdə qalacaq.

 

Избранный
20
6
heftelik.az

7Источники