RU

Yaponiya və ABŞ genişmiqyaslı “Resolute Dragon 25” hərbi təlimlərinə start verir

Təlimlərdə 19 mindən çox hərbçi iştirak edir, yeni ABŞ raket sistemləri ilk dəfə sınaqdan keçiriləcək...

Poliqon xəbər verir ki, sentyabrın 11-dən 25-dək Yaponiya və ABŞ Silahlı Qüvvələrinin iştirakı ilə “Resolute Dragon 25” adlı genişmiqyaslı hərbi təlimlər keçiriləcək. Yaponiyanın Müdafiə Nazirliyinin məlumatına görə, manevrlər Okinava, Kyuşu və Hokkaydo adalarını əhatə edəcək və əsas məqsəd ölkənin cənub, mərkəz və şimal istiqamətlərində müdafiə ssenarilərinin sınaqdan keçirilməsidir.

Təlimlərə Yaponiyanın Özünümüdafiə Qüvvələrindən 14 mindən çox hərbçi, ABŞ-ın dəniz piyadaları, quru qoşunları, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrini təmsil edən təxminən 5 min hərbçi cəlb olunub. Ən diqqətçəkən məqam isə ABŞ-ın yeni orta mənzilli raket kompleksi Typhon sisteminin ilk dəfə Yaponiyada yerləşdirilərək sınaqdan keçirilməsi olacaq. Bu raket kompleksi müvəqqəti olaraq ABŞ dəniz piyadalarının Yamaquti prefekturasındakı “İvakuini” aviabazasında yerləşdiriləcək.

Təlimlər çərçivəsində desant əməliyyatları, döyüş atışları, HIMARS və MLRS sistemlərinin istifadəsi ilə manevrlər, həmçinin Yaponiyanın Type-12 raketlərinin tətbiqi nəzərdə tutulub. Bundan əlavə, Okinavanın “İsiqaki” bazasında ABŞ-ın yeni NMESIS tipli “yer–gəmi” raket sistemi də yerləşdiriləcək.

Manervolar yalnız region ölkələrinin deyil, həm də Yaponiyanın daxilində müəyyən narahatlıqlar yaradıb. Təlimlərə Çin və Rusiya sərt etirazlarını bildirib. Yaponiyanın Kyuşu adasındakı Sosial-demokrat Partiyasının yerli şöbəsi də manevrlərə qarşı rəsmi etirazını açıqlayıb.

Poliqon.info

Избранный
18
poliqon.info

1Источники