RU

NASA dan Çin vətəndaşlarına iş qadağası

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) ABŞ vizası olan Çin vətəndaşlarının agentliyin kosmik proqramlarında işləməsini qadağan edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, əvvəlcə qadağa yalnız ABŞ vizası olmayan Çin vətəndaşlarına şamil edilirdi, lakin ötən həftədən NASA etibarlı ABŞ vizası olan Çin vətəndaşlarının da məlumat bazalarına girişini və görüşlərdə iştirakını əngəlləyib.

ABŞ qurumu bu qərarı Çinlə kosmik rəqabət və Çin-Rusiya əməkdaşlığı ilə izah edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
3
oxu.az

5Источники