ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Portuqaliya millisinin kapitanı və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo futbol tarixinin ən yaxşı oyunçusu seçilib.
QOL.az xəbər verir ki, 40 yaşlı forvardı bu ada Portuqaliya Liqası layiq görüb.
Liqanın rəsmi bəyanatında deyilir ki, Kriştiano yeni bir dövr başladıb və dünya futbolunda silinməz iz buraxıb. Mərasimdə oyunçunun özü iştirak etməsə də, təşkilatçılar ulduz forvardın mükafatla birlikdə dayanaraq nitq söyləməsinin videosunu nümayiş etdiriblər.
Qeyd edək ki, Ronaldo "Qızıl top"un beşqat qalibidir. Bundan əlavə, o, futbol tarixində qol sayına görə rekordçudur - 943 qol.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.