RU

Yəmən İsrailə ballistik raket zərbəsi endirib

İsrail ordusu Yəməndən atılan ballistik raket səbəbilə ölkənin cənubundakı bir çox bölgədə sirenlərin səsləndiyini, lakin raketin zərərsizləşdirildiyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

Bildirilib ki, bu İsrailin Yəməndəki husi hədəflərinə son hücumlarından sonra cavab zərbəsi olub. Atılan ballistik raket səbəbindən ölkənin cənubunda bir sıra bölgələrdə, xüsusilə Negev səhrasında həyəcan təbili çalınıb.

İsrail mediası hücum nəticəsində xəsarət alan və ya hər hansı bir dağıntının olmadığını bildirir.

İlahə Qənbərli

Missiya.Az

Избранный
54
missiya.az

1Источники