RU

ABŞ-da tariflərin yoxsulların sayını artıracağı proqnozlaşdırılır

Yale Universiteti ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi yeni tariflərin ölkədə yoxsulların sayını 650-875 min arasında artıra biləcəyini proqnozlaşdırıb.

Yale Universitetinin Büdcə Laboratoriyası tariflərin yoxsulluğa təsirinin təhlilini dərc edib.

Təhlildə qeyd olunub ki, tariflər birbaşa olaraq nominal gəlirləri aşağı salmaqla və ya qiymətləri artırmaqla aztəminatlı ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaldır və bununla da yoxsulluğa təsir göstərir.

Təhlildə qeyd edilib ki, bu alıcılıq qabiliyyəti itkisi tariflərin birbaşa iqtisadi yükünü təmsil edir və Tramp administrasiyasının 2025-ci ildə tətbiq etdiyi yeni tariflərin yoxsulluq içində yaşayan amerikalıların sayını 650.000 ilə 875.000 arasında artıracağı təxmin edilir.

Tarifləri ticarət siyasətində əsas alət kimi istifadə edən Tramp administrasiyası ölkələrə fərqli dərəcələrdə tariflər tətbiq etməklə yanaşı, polad, alüminium və avtomobil kimi sektorlara da xüsusi tariflər tətbiq edib.

Избранный
28
kommersant.az

1Источники