RU

Qəbələdə ölümlə nəticələnən qəzanın ilkin TƏFƏRRÜATI Sürücü yuxulu olub

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qəbələdə ölümlə nəticələnən qəzanın ilkin təfərrüatı açıqlanıb. Hadisə yerinin ilkin müayinəsi və şahidlərinin qənaətinə görə sürücü yuxulu olduğundan belə ağır qəza baş verib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ağır yol nəqliyyat hadisəsi rayonun Zarağan kəndi ərazisində qeydə alınıb.Belə ki, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə Zarağan kəndi ərazisində qəza baş verməsi və vətəndaşın avtomobildə sıxılı qalması barədə məlumat daxil olub. hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri göndərilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, sürücü və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 35 yaşlı Elşən Səmədov xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Sürücü Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.Xilasedicilər həmçinin şəxsiyyəti məlum olmayan sərnişinin meyitini çıxaraq aidiyyəti üzrə təhvil veriblər.Faktla bağlı araşdırma aparılır.Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
bizim.media

2Источники