RU

Ayda 53 min maaş alan məmurun mesajı gündəm oldu: “Borc içində üzürəm” - FOTO

Antalyada çalışan dövlət məmuru 53 min lirə (təqribən 2100 AZN) maaş almasına baxmayaraq, 30 min lirə kirayə və digər xərclər səbəbindən ayın yarısında naharda yalnız simitlə kifayətləndiyini bildirib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan mesaj böyük maraq doğurub və yüksək kiraların xüsusilə böyük şəhərlərdə məmurların həyatını çətinləşdirdiyi vurğulanıb.

Konyaaltında işləyən məmur mesajında yazıb:

"1,5 yaşlı oğlum var. 30 min lirə kirayə ödəyirəm. Ən ucuz kirayə 20 min lirədir, amma şəhərdən 20 km uzaqdadır. Borclar içindəyəm. kommunal, ərzaq, uşaq və yol xərclərini çıxanda ayın 15 günü naharda yalnız simit yeyirəm".

Məmur əlavə edib ki, bu vəziyyəti sənədlərlə sübut edə bilər, amma kimliyinin gizli qalmasını istəyir.

Paylaşım altında müxtəlif şərhlər yazılıb:

"Şərqə get, kirayələr ucuzdur".

"Bax, bu real həyatdır".

"Məmurlara düşmən kəsilənlər indi danışsınlar".

"Bu reallıqdır, bahalıq təxminən 20 milyon insana təsir edir".

"Gələcəyini təmin etmədən uşaq dünyaya gətirmək ağılsızlıqdır".

Ümumilikdə, Türkiyənin böyük şəhərlərində kirayələrin artması məmurların və sabit gəlirlilərin yaşayışını günü-gündən daha da ağırlaşdırır.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
35
1
milli.az

2Источники