RU

TƏBİB də və İTS Agentliyində yoxlamalar genişləndi

ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Hesablama Palatası bu qurumların fəaliyyətində hansı nöqsanlar aşkarlayıb?

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamaları aparır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Məlum olub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə daxil olan tibbi müəssisələri də yoxlanılır.

Artıq bir müddətdir Hesdablama Palatası audit hesabatlarında İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin fəaliyyətinə dair nöqsanlar açıqlayıb.

Palata son olaraq İcbari tibbi sığorta fondunun (fond) 2023-2024-cü illər üçün gəlir və xərclərinin icrasının auditini aparmışdı. Maraqlı faktlar açıqlanmışdı.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs oldu | ITS

Məlum olub ki, audit obyektləri kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hesabatlılığı düzgün təşkil etməyib.

2023-2024-cü illərdə fondun büdcələri ilə bağlı müvafiq hüquqi aktlarda əvvəlki illərdə istifadə olunmamış vəsaitlərin müvafiq ilin xərclərinə yönəldilməsi nəzərdə tutulsa da, bu, icra edilməyib.

Bundan əlavə, dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı əhali sayının rəsmi statistik məlumatlarla kiçik fərqlərlə uyğunluq təşkil etmədiyi müəyyənləşdirilib.

Agentlik tərəfindən Hesablama Palatasına təqdim olunan məlumatların təhlili göstərib ki, xərclər çox nəzərdə tutulsa da icra səviyyəsi aşağı olub. Belə ki, hesabatlarda 2023-2024-cü illər üçün 2393,2 mln. manat və 2850,3 min manat xərc məbləğinə münasibətdə 81,1% və 78,5% vəsaitin icra edilməsi göstərilib.

TƏBİB-də və İTS Agentliyində yoxlamalar genişləndi Keçirilmiş satınalmalarla bağlı qeyd edək ki, 2 ildə 277 satınalma keçirilib, həmin satınalmalar nəticəsində 757136,3 min manat dəyərində müqavilə bağlanılıb. 2023-2024-cü illərdə cəmi satınalmaların 43,0%-i bir mənbədən keçirilsə də, bağlanmış müqavilə məbləğinin cəmi 6,7%-i bu satınalma metodunun payına düşüb.

Faktiki olaraq satınalma predmetlərinin və hətta podratçıların illər ərzində təkrarlanmasına və alışların proqnozlaşdırıla bilinən olmasına baxmayaraq, proqnozlaşdırma işləri tələblərə uyğun qurulmamış, məbləğ olaraq iki ilin yekununa görə satınalmaların 70%-i ilin son iki rübündə keçirilib.

Bəzi hallarda bir mənbədən satınalma üçün alınmış icazələr üçün göstərilmiş əsaslar icra prosesində təsdiqini tapmamışdır. Bu isə əsassız olaraq müsabiqəsiz şərtlərin tətbiq edilməsinə şərait yaratmışdır.

İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI » www.Yenilik.Az

Dərman, tibbi sərfiyyat və avadanlıqların, xüsusilə də dövlət proqramları ilə alınan malların bu istiqamətlərdə ayrılmış vəsaitlərin həmin il daxilində ehtiyacların ödənilməsi üçün ayrıldığını nəzərə alaraq malların məhz həmin il daxilində çatdırılmaması əhalinin bu mallar üzrə ehtiyac qruplarının həmin il daxilində səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırıb. Alışlar zamanı müvafiq podratçılara 127,6 mln. manat dəyərində malların saxlanca geri verilməsi zamanı zəruri məlumatlar əsasında uçotun aparılmaması son təyinat nöqtələri olan tibb müəssisələrinə təhvil verilmiş malların yararlılıq müddətlərinin satınalma və müqavilə şərtlərinə uyğunluğunda əsaslı riskləri formalaşdırılıb.

Nəzarət mexanizminin yetərli olmaması, o cümlədən daxili auditin fəaliyyətinin təşkil edilməməsi maliyyə hesabatlarının tərtib edilməməsi ilə nəticələnmiş, sonuncu hesabata dair audit şirkəti tərəfindən verilmiş rəydə göstərilən qeydlər maliyyə hesabatlarının tam, dolğun və düzgün tərtibində əhəmiyyətli şübhələr formalaşdırmışdır. Belə ki, agentlik tərəfindən hüquqi aktın tələbi pozulmaqla yalnız 2018-2021-ci illər üçün maliyyə hesabatları tərtib edilmiş, 2021-ci il üçün maliyyə hesabatı yalnız 2025-ci ilin may ayında kənar audit tərəfindən rəy alınmaqla müvafiq qaydada təqdim olunmuşdur. 2018-2021-ci illər üzrə maliyyə hesabatlarına eyni müstəqil auditor (şirkət) tərəfindən şərti müsbət rəy verilmiş və rəy üçün əsaslar bölməsində rəyin modifikasiya edilməsi səbəbi kimi yalnız yetərli audit sübutu əldə edilməməsi əsas gətirilmişdir ki, bu da beynəlxalq standartlara görə rəydən imtinaya əsasdır.

Nəzarət mühitinin yaradılması və risklərin idarə olunması sahəsində yol verilmiş bəzi nöqsanlar, eləcə də müxtəlif struktur bölmələrin fərqli ünvanlarda yerləşməsi, öz növbəsində, nəzarət fəaliyyətinin də nəticəli təmin olunmasına tam şərait yaratmayıb.

Bundan əlavə, İcbari Tibbi Sığorta Agentliyi maliyyə intizamını pozaraq son üç ilin maliyyə hesabatlarını açıqlamayıb.

Xatırladaq ki, İcbari tibbi Sığorta Fondunun bu il üzrə gəlirləri 2 milyard 571 milyon 690 min manat, əvvəlki illərdə istifadə olunmamış vəsaitləri 370 milyon manat proqnozlaşdırılıb. Nəticədə 2024-cü illə müqayisədə fondun büdcəsi 4,6% artırılıb.

Fondun xərcləri isə 2 milyard 941 milyon 690 min manat olmaqla təsdiqlənib. Xərclərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Aparatının (filial, idarə) saxlanılma xərclərinin payı 33 milyon 500 min manat (3,1% çox), Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərcləri 84 milyon 692 min manat (7,3% çox), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) saxlanılma xərcləri 47 milyon 300 min manat (1,5% çox) nəzərdə tutulub.

“Yeni Müsavat” 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
3
hurriyyet.az

4Источники