RU

"Qarabağ"ın "Benfika" ilə oyununun hakimləri bilindi

UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının Portuqaliyada "Benfika"ya qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, qarşılaşma Şimali İrlandiyadan olan hakimlər briqadasına həvalə olunub.

FIFA referisi Ceymi Robinsona həmyerliləri Adam Ceffri və Brayan Uilson kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə portuqaliyalı Dioqu Roşa yerinə yetirəcək. 

Qeyd edək ki, sentyabrın 16-da təşkil olunacaq "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Избранный
21
16
fanat.az

10Источники