RU

Nyukasldakı restoran Aleksandr İsakın şərəfinə yeni burger təqdim edir: “İsveç siçovulu”

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nyukasl-apon Tayndakı "Scott & Wilson" restoranı indi "İsveç siçovulu" adlı yeni burger təqdim edir. Sport24.az xəbər verir ki, bu barədə "Yahoo Sports" məlumat yayıb.

Mənbənin sözlərə görə,  yemək bir müddət əvvəl "Nyukasl"dan "Liverpul"a keçən isveçli hücumçu Aleksandr İsakın şərəfinə adlandırılıb. Qeyd olunur ki, bu burger artıq menyuda ikinci ən populyardır. Tərkibi küftə, kartof püresi, kornişon, soğan, xardal, isveç suyu və zoğal sousundan təşkil olunub.

Qeyd edək ki, İsak 2022-ci ilin yayında "Nyukasl"a transfer olunub. Ümumilikdə o, Premyer Liqada 86 matçda 54 qol vurub və 10 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
sport24.az

1Источники