RU

Habertürk və Show TV-nin daxil olduğu holdinqdə böyük əməliyyat –Həbs olunanlar var

Türkiyədə cinayət təşkilatı yaratmaq, qaçaqmalçılıq, dələduzluq və çirkli pulların yuyulması faktları ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.

AzPost “TRT Haber”ə istinadən  xəbər verir ki, əməliyyata İstanbul Küçükçekmece rayon prokurorluğu başlayıb.

Əməliyyat çərçivəsində Can Holdinqə daxil olan 121 şirkətin hesablarına və əmlakına həbs qoyulub. Onların arasında Habertürk və Show TV kimi böyük media holdinqləri də var.

MASAK hesabatlarında üzə çıxan maliyyə hərəkətlərinin hərtərəfli qiymətləndirilməsi nəticəsində müəyyən edilib ki, şübhəlilər həm qanunsuz yolla əldə etdikləri gəlirləri müxtəlif sektorlara yönəldərək yuyub, həm də iqtisadi həyatda saxta reputasiya və hakimiyyət əldə etməyə cəhd ediblər.

Həmin şirkətlərin on yüksək rütbəli əməkdaşının həbsi barədə qərar qəbul edilib.

AzPost.az

Избранный
36
1
azpost.info

2Источники