RU

Rusiyadan 98 min Qırğızıstan vətəndaşı ilə bağlı qərar

BAKI, 11 sentyabr. TELEQRAF

2025-ci ildə Rusiyada ən azı 98 670 Qırğızıstan vətəndaşı nəzarət edilən şəxslərin reyestrindən çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Rusiyada “qeyri-qanuni yaşayan əcnəbilərin hüquqi statusunun müəyyənləşdirilməsi müddəti” sentyabrın 10-da başa çatıb.

Sentyabrın əvvəlinə olan məlumata görə, nəzarət edilən şəxslərin reyestrində 85 962 Qırğızıstan vətəndaşı var. İyun ayında pik rəqəm təxminən 113 000 nəfər olub.

Sentyabrın 11-dən etibarən “statusunu müəyyən etməyən və Rusiyada qeyri-qanuni yaşayan əcnəbilər” deportasiya edilir, ardınca ölkəyə giriş qadağası qoyulur.

Избранный
54
teleqraf.com

1Источники