RU

Beynəlxalq İT şirkətinin Azərbaycanda rəsmi mərkəzi açılıb

Beynəlxalq İT şirkəti olan “Andersen Lab”ın Azərbaycanda rəsmi mərkəzinin açılışı baş tutub.

APA-Economics” xəbər verir ki, mərkəz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan İnnovasiya Mərkəzi çərçivəsində fəaliyyətə başlayıb.

Dünyanın 19-dan artıq ölkəsində fəaliyyət göstərən və 3700-dən çoxmütəxəssisi olan şirkət ötən ilin oktyabr ayından etibarən ölkəmizdə texnopark rezidenti statusu ilə fəaliyyətgöstərir.

Açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanov mərkəzinvə layihənin əhəmiyyətindən bəhs edib. Daha sonra“Andersen Lab” şirkətinin təsisçisi Aleksandr Komiç və vitse-prezidenti Denis Astaçpeniya mərkəzin fəaliyyəti və proqramın istiqamətləri barədə təqdimatla çıxış edib.Tədbirdə, həmçinin şirkətin hökumətlə əlaqələr üzrə baş direktoru Kiril Rudi də iştirak edib.

Hazırda mərkəzdə həyata keçirilən ən böyüktəşəbbüslərdən biri “IT SkillsBridge” proqramıdır. Bu unikal proqram çərçivəsində iştirakçılar Java, JavaScript üzrə proqramlaşdırma, biznes analitikası, keyfiyyətənəzarət, DevOps, mobil proqramlaşdırma və layihəidarəetməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Layihəyə ümumilikdə 14 mindən çox müraciət qeydəalınıb, seçim prosesindən sonra 210 nəfər təlimlərə qəbuledilib. “Andersen Lab” şirkətində iş yeri ilə təmin olunanmüvafiq iştirakçılarla əmək müqavilələri bağlanıb, həmçinin təqaüdlər verilməkdədir. Proqramı sona qədər tamamlayacaq 100 nəfər mütəxəssis “Andersen Lab” şirkətində fəaliyyətlərini davam etdirəcək və şirkət tərəfindən reallaşdırılan qlobal layihələrin iştirakçılarıolacaqlar. Proqram iştirakçılarının 30 faizi qadın, 70 faiziisə kişilərdir. Yaş bölgüsünə görə, iştirakçıların yarısı 20–25 yaş arasında, 30 faizi 25–30 yaş arasında, 20 faizi isə 30–35 yaş arasında təmsil olunub.

Beynəlxalq Beynəlxalq
Избранный
18
2
apa.az

4Источники