Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Pekin, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 17-19-da Çinin paytaxtı Pekində “Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi” şüarı ilə 12-ci Syanşan Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yüksək səviyyəli təhlükəsizlik forumunda 100-dən çox ölkənin müdafiə qurumunun rəhbər şəxslərinin iştirakı gözlənilir. Bundan başqa, beynəlxalq təşkilatların, analitik mərkəzlərin nümayəndələri, yüksək rütbəli hərbçilər, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlər də iştirak edəcəklər. Tədbirdə Azərbaycan da təmsil olunacaq.
Forum çərçivəsində 4 plenar iclas, 8 paralel sessiya, yüksək səviyyəli dialoqlar, gənc hərbi zabitlər, alimlər üçün seminar və brifinqlər keçiriləcək.
Pekin Syanşan Forumu konstruktiv dialoqun aparılması, iştirakçılar arasında konsensus və etimadın əldə edilməsi üçün bərabərhüquqlu, inklüziv platforma təqdim edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbir
Pekin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.