Fransalı qapıçı Stiv Mandanda karyerasını bitirdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, qolkiper bu barədə "L'Equipe" nəşrinə danışıb:

"Bu qərarı vermək mənim üçün asan olmadı. Bir qədər düşündükdən sonra fikrimi qətiləşdirdim. Bir çox təkliflər alsam da, hamısından imtina etdim", - deyə 40 yaşlı qapıçı bildirib.

Qeyd edək ki, Mandanda son olaraq ölkəsində "Renn" klubunun formasını geyinib. Qolkiper Fransa yığmasının heyətində 35 oyun keçirib.