RU

İspaniya İsrailə görə Avroviziyadan çəkiləcəyini açıqladı

İspaniya İsrailə görə Avroviziyadan çəkilə bilər.

Kulis.az xəbər verir ki, İspaniyanın mədəniyyət naziri Ernest Urtasun, əgər İsrail "Eurovision 2026" yarışmasından kənarlaşdırılmasa, ölkəsinin tədbirdən çəkiləcəyini bildirib.

Nazir İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları “soyqırım” adlandırıb və bu ölkənin beynəlxalq tədbirlərdə iştirakının normallaşdırıla bilməyəcəyini vurğulayıb.

Urtasun qeyd edib ki, "Eurovision"da çıxış edən sənətçilər ölkələrini təmsil edirlər və bu səbəbdən İsrailin iştirakı qəbuledilməzdir.

RTVE də artıq məsələ ilə bağlı EBU-ya narahatlığını çatdırıb. Sloveniya da oxşar mövqe nümayiş etdirərək, İsrail iştirak edərsə, yarışmadan çəkiləcəklərini bəyan edib.

Qeyd edək ki, yekun qərar Avropa Yayım Birliyinin Baş Assambleyasında veriləcək.

Избранный
24
2
kulis.az

3Источники