RU

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 qumbara, 8 tüfəng, 3 patron darağı və müxtəlif çaplı 40 ədəd patron aşkar edərək götürüblər.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 

 

Избранный
2
32
azertag.az

10Источники